...

Yol polisi yeni dərs ilinin başlaması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Cəmiyyət Materials 14 Sentyabr 2022 16:20 (UTC +04:00)
Yol polisi yeni dərs ilinin başlaması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsi yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirəcək.

Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirib.

Onun sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbinin yerinə yetirilməsini tövsiyə edir.

"Sabah yeni tədris ilinin başlanmasıyla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq. Məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək və onların mənzil başına çatmasına köməklik göstərməkdir. Öz şəxsi avtomobili ilə uşaqlarını məktəbə aparan valideynlərdən xahiş edirik ki, övladlarını təhsil ocaqlarına bitişik ərazilərdə və təhsil ocaqlarının qarşısında saxlayarkən dayanma-durma qaydalarına riaət etsinlər. Təyin olunmuş yerlərdə avtomobillərini park etsinlər. Piyada qismində hərəkət edən vətəndaşlarımız isə təyin edilmiş yerüstü və yeraltı keçidlərdən və piyada keçidlərindən istifadə etsinlər. Tıxacların qarşısını almaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Vətəndaşlara tövsiyyəmiz ictimai nəqliyyatdan istifadə etsinlər", - deyə polis leytenantı R.Əhmədli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti