...

Bakının mərkəzində çoxmərtəbəli bina sökülür (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2022 17:01 (UTC +04:00)
Bakının mərkəzində çoxmərtəbəli bina sökülür (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Xətai rayonunda bina sökülür.

Trend xəbər verir ki, söhbət Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli binadan gedir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, bina sakinləri köçürülüb və konpensasiya ödənilib.

Şöbə müdiri əlavə edib ki, köçürülən bina sakinlərindən bəziləri verilən kompensasiya ilə razı deyillər.

"Biz də kompensasiyadan narazı qalan sakinlərə bildirmişik ki, kim narazıdır məhkəməyə müraciət edə bilər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti