...

Sosial şəbəkələrdə bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq edən şəxs saxlanılıb

Cəmiyyət Materials 29 Sentyabr 2022 01:03 (UTC +04:00)
Sosial şəbəkələrdə bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, o, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.

Araşdırmalar davam etdirilir.

“Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər”, - məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti