...

TƏBİB Rəhim Rəhimlinin ölüm səbəbini açıqlayıb

Cəmiyyət Materials 30 Sentyabr 2022 11:45 (UTC +04:00)
TƏBİB Rəhim Rəhimlinin ölüm səbəbini açıqlayıb

Bakı. Trend:

Bəstəkar-müğənni Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

O qeyd edib ki, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

"Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. İfaçının bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub"- deyə əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti