...

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələri üçün xərclənən vəsaitin mənbələri artırılır

Cəmiyyət Materials 30 Sentyabr 2022 12:49 (UTC +04:00)
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələri üçün xərclənən vəsaitin mənbələri artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələri üçün xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

Sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb. Belə ki, mənbələrin əhatə dairəsinə dövlət icbari şəxsi sığortası da əlavə edilir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti