...

Xətai rayonunda Müəllimlər Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2022 17:38 (UTC +04:00)
Xətai rayonunda Müəllimlər Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Hər il olduğu kimi, bu il də Xətai rayonunda 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov və Elm və Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov, rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər, şəhid ataları, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Burada qeyd olunub ki, müəllim zəhmətini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin özü, sözün əsl mənasında, böyük müəllim idi.

Daha sonra tədbir rayon ərazisində yerləşən şadlıq saraylarının birində davam etdirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, təhsilə dövlət qayğısı ilbəil daha da artır. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən, rayonda yerləşən demək olar ki, bütün məktəblər, uşaq bağçaları əsaslı şəkildə, müasir standartlara uyğun təmir olunur, yeni idman meydançaları tikilir, idman avadanlıqları, fizika, kimya laboratoriyaları ilə təmin olunurlar. Bütün bunlar bir daha ondan xəbər verir ki, ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir.

Əldə olunan nəticələrdən söz açan İcra Hakimiyyətinin başçısı bildirdi ki, rayonumuz hər zaman təhsil sahəsində böyük nailiyyətlərə imza atmışdır: “Bu baxımdan ötən tədris ili də istisna olmamışdır. Belə ki, 2021-2022-ci tədris ilində ali məktəblərə sənəd verən 2861 nəfər məzundan, 2243 nəfəri (77%) tələbə adını qazanmış, 285 nəfər isə xarici universitetlərə qəbul olunmuşdur. Bu da siz müəllimlərin, təhsil işçilərinin gərgin əməyinin bəhrəsidir. Keçən il bu rəqəm 75% olmuşdur. Bu il də keçən il olduğu kimi, rayonumuzun ali məktəblərə qəbul faizi şəhər göstəricisindən yüksək olmuşdur. 50 nəfər məzunumuzun hər biri 650 baldan yuxarı bal toplamış, 4 məzunumuz isə məktəbi qızıl medalla, 210 məzunumuz fərqlənmə attestatı ilə bitirərək ali məktəblərə daxil olmuşlar. 287 nömrəli Zəkalar liseyinin şagirdi İsgəndər Murad Nazim oğlu və Abbasova Aysel Faiq qızı Prezident təqaüdünə layiq görülüblər. Ali məktəblərə qəbul zamanı Xətai rayonunda 2 məktəb 100% nəticə, 4 məktəb isə 98% nəticə göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2 müəllimimiz “Əməkdar müəllim”, 1 müəlliməmiz “Tərəqqi” medalı, 2 şagirdimiz Respublika Fənn olimpiadasında I yerə, 2 şagirdimiz SASMO (Sinqapur Beynəlxalq riyaziyyat olimpiadası) I və II yerə, 2 şagirdimiz Kenken Yapon məntiq riyaziyyat olimpiadasında II və III yerə, 2 şagirdimiz Lütfizadə adına məntiq olimpiadasında III yerə, 3 şagirdimiz 8-ci Amerika Beynəlxalq Riyaziyyat Olimpiadasında l-ci yerə, 6 şagirdimiz isə Beynəlxalq Sten Olimpiadasında l-ci yerə layiq görülüblər.”

Digər çıxış edənlər cənab Prezident İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, təhsilimizin inkişafında görülən işlərdən danışıblar.

Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti