...

Bakının mərkəzi küçəsinin avtomobilsizləşdirilməsi tıxaca necə təsir göstərəcək?

Cəmiyyət Materials 7 Oktyabr 2022 10:47 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın müddət ərzində Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni piyada zonaları təşkil etməyi planlaşdırır. Piyada zonasının təşkili üçün İslam Səfərli küçəsinin seçilməsi təsadüfi deyil. “Qış Parkı” ilə “Fəvvarələr meydanı”nı birləşdirən bu küçədə daha çox tarixi binalar və abidələr yerləşir. Mövcud piyada zonalarının əhatəsinin genişləndirilməsi üçün qeyd edilən ərazilərə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsi nəzərdə tutulur.

Bəs Bakının mərkəzi küçəsinin avtomobilsizləşdirilməsi tıxaca necə təsir göstərəcək?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, bu cür yanaşma artıq bir çox dünya dövlətlərində tətbiq olunur.

“Bakının mərkəzi küçəsinin avtomobilsizləşdirilməsi biznesin inkişafına daha çox töhfə verəcək. Bu yanaşma artıq bir çox dünya dövlətlərində tətbiq olunur. Yaxşı olardı ki, bu yanaşma şəhərin müxtəlif yerlərində tətbiq edilsin. Tək mərkəzdə yox, kənarlarda da bəzi küçələrin piyadalaşması, yəni sırf piyadaların hərəkəti üçün təşkil edilməsi həmin ərazidə yeni bir cazibə mərkəzinin yaranmasına və biznesin inkişafına töhfə verəcək”, – deyə o əlavə edib.

Ekspert həmçinin bildirib ki, tıxac probleminin həll yollarına təsir edən qərarlar içində piyada zonaları yaradılan küçələr, sürətin azaldılması, zonalar üzrə avtomobil dayanacaqlarının qiymətinin müəyyən olunması, alternativ ictimai nəqliyyatın inkişafı və şəbəkələrinin genişləndirilməsi mövcuddur.

“Alternativ ictimai nəqliyyatın inkişafı və şəbəkələrinin genişləndirilməsi dedikdə yüngül reysli dəmiryolu sistemi, velosiped və skuterlərin hərəkətləri üçün ayrılmış zolaqların təşkil olunması nəzərdə tutulur. Bunlar hamısı bugünki tıxac mənzərəsini tam kökündən dəyişəcək qərarlar olacaq. Mərhələli şəkildə bu işlər görülməlidir. Təkliflərdən biri də şəhərin mərkəzində bir neçə küçənin sürətinin azaldılmasıdır. Bu küçələrdə sakitliyin yaradılması eyni zamanda biznesin cəlbediciliyi baxımından önəmlidir. Həmçinin təhüləksizlik məsələsi burada mühüm amildir. Bunlar hamısı yekunda orada yaşayan, işləyən insanlara ümumi şəhər mühitinə müsbət təsir edəcək”, – deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti