...

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub

Cəmiyyət Materials 11 Oktyabr 2022 14:01 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.

Səhiyyə nazirliyindən Trend-ə verilən məlumata görə, nazirin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, bunadək klinikanın direktoru professor Surxay Hadıyev idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti