...

Anar Bağırov vəkillərlə bağlı nazirliyə müraciət edib

Cəmiyyət Materials 24 Oktyabr 2022 12:08 (UTC +04:00)
Anar Bağırov vəkillərlə bağlı nazirliyə müraciət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vəkillərin eyni saatda müxtəlif proseslərə çağırılmasının qarşısını almaq üçün Ədliyyə Nazirliyinə müraciət edilib.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda bu gün keçirilən tədbirdə deyib.

Kollegiya sədri bildirib ki, eyni saatda müxtəlif məhkəmə prosesləri təyin edilir ki, bu zaman vəkil o proseslərdə iştirak etməkdə çətinlik çəkir. Bu səbəbdən məhkəmə proseslərinin vaxtını göstərən ümumi sistem olmalıdır:

"Bununla da bir vəkilin eyni vaxtda müxtəlif proseslərə çağırılmasının qarşısı alınar. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmi şəxslərinə müraciət etmişəm", - A.Bağırov deyib.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova isə bildirib ki, bu məsələ nazir Fikrət Məmmədova məruzə edilib: "Cənab nazir dərhal bu məsələnin həll olunması ilə bağlı tapşırıq verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti