...

Azərbaycan əhalisi pullarını ən çox bu məhsullara xərcləyib

Cəmiyyət Materials 31 Oktyabr 2022 21:00 (UTC +04:00)
Azərbaycan əhalisi pullarını ən çox bu məhsullara xərcləyib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçıların daha çox hansı məhsullar aldığı məlum olub.

Trend-in məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilir ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35553,1 milyon manatlıq məhsul satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti