...

Sumqayıt Dövlət Dram Teatrında maaşlar 8 aydır gecikir? - Rəsmi açıqlama

Cəmiyyət Materials 4 Noyabr 2022 11:57 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Trend-in məlumatına görə, bu barədə cümə günü Mədəniyyəti Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib.

"Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti