...

Sorğuda iştirak edin, Qarabağın dirçəlişinə töhfə verin!

Cəmiyyət Materials 17 Noyabr 2022 12:43 (UTC +04:00)
Sorğuda iştirak edin, Qarabağın dirçəlişinə töhfə verin!

Bakı. Trend:

Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra xalqımızın qarşısında duran başlıca vəzifə Qarabağımızın bərpası və inkişafı, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsidir.

Qarabağ Dirçəliş Fondunun mövcud və potensial donorlar arasında keçirdiyi sorğuda iştirak etməklə Qarabağın bərpasına və inkişafına siz də öz töhfənizi verə bilərsiniz.

Fond Qarabağın bərpası və onun dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi üçün hər bir vətəndaşın fikir və təkliflərinə xüsusi önəm verir. Odur ki, sorğunun əsas məqsədi vətəndaşların Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə münasibətinin, bu prosesdə iştirakçılığının, mövqelərinin düzgün təhlil edilməsidir.

Sorğunun nəticələri Fondun gələcək fəaliyyəti, cəmiyyətin üzvlərinin bərpa prosesində iştirakçılığının təmin olunması və Qarabağın bərpası istiqamətində ianələrin cəlb olunmasına mühüm töhfə verəcək.

Qeyd olunmalıdır ki, sorğu anonim şəkildə keçirilir. Cəmi 3-5 dəqiqə vaxt sərf etməklə sorğuda iştirak edə və Qarabağın inkişafına dəstək ola bilərsiniz.

Sorğuda iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olun:

https://qdfaz.questionpro.com/ferdi-sorgu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti