...

Siyasi partiyalarda qadınların təmsilçiliyi könüllü olmalıdır - Komitə sədri

Cəmiyyət Materials 23 Noyabr 2022 14:06 (UTC +04:00)
Siyasi partiyalarda qadınların təmsilçiliyi könüllü olmalıdır - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Siyasi partiyalarda qadınların təmsil olunması məsələsi könüllü olmalıdır. Bunu süni kvotalarla yaratmaq düzgün olmazdı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də bununla bağlı təkliflər olub.

“Bu, işçi qrupda müzakirə olunarkən müəyyən beynəlxalq təcrübə nəzərə alınıb, müxtəlif ölkələrdə qadınları aktiv siyasi proseslərə, idarəetmə sisteminə cəlb etmək üçün kvotalar qoyulub. Amma bunu siyasi partiyalara güclə tətbiq etməkdə müəyyən qüsurların ola biləcəyini əvvəldən deyə bilərik.

Bunlar əlbəttə təşviq mexanizmlərinə, daha başqa addımlarla həyata keçirilməlidir. Azərbaycan cəmiyyətinin yarısını qadınlar, yarısını da kişilər təşkil edir. Parlamentdə təmsil olunanların müəyyən hissəsi qadınlardır. Hər bir siyasi qurumda müavinlərin 1/3 nisbətdə qadın olması partiyaları mexaniki prosesə qoşacaq. Əgər bu, qadının cəmiyyətdəki fəallığından, təhsilindən, öz iradəsindən irəli gəlməsə, prosesi süni kvotalarla edə bilməyəcəyik. Qadınlarımızın ölkənin gələcək həyatında hər hansı statusda iştirakında heç bir problem yoxdur. Sadəcə bunu yeni layihənin predmetinə çevirmək yalnış sayıldı və işçi qrupu bunu qəbul etmədi”, - deyə Z.Oruc əlavə edib.

Qeyd edək ki, bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunub. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti