...

Bakıda Aqro-turizm, aqro-biznes və ərzaq məhsullarının istehsalının təşviqi ilə bağlı konfrans keçirilib

Cəmiyyət Materials 24 Noyabr 2022 15:55 (UTC +04:00)
Bakıda Aqro-turizm, aqro-biznes və ərzaq məhsullarının istehsalının təşviqi ilə bağlı konfrans keçirilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda “Aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı konfrans keçirilib.

Trend-in məlumatına görə, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihənin bağlanışına həsr edilib.

Konfransda Azərbaycan Respublikası hökumətinin nümayəndələri, Milli Məclisin komitə sədrləri və üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, kiçik və orta sahibkarlar, fermerlər, turizm sektorunun nümayəndələri, vətəndaş cəmiyyəti üzvləri, KİV nümayəndələrinin iştirak edib.

Tədbirin əvvəlində İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, deputat Vüqar Bayramov layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış bu layihədən 3000 fermer və onların ailələri, 500 gənc kişi və qadın, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanıb.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Milli Məclisin Kənd Təsərrüfatı Komitəsinin sədri Tahir Rzayev, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və digər qonaqlar çıxış edib.

Tədbirin davamında İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Emin Məmmədov layihənin nəticələrini təqdim edib. Aqrar və turizm sektorunun hazırkı vəziyyətinin qiymətləndirilməsi ilə bağlı fikirlərini Aqrar və Turizm sektoru üzrə ekspert Rəşad Həsənov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti