Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının
məsul şəxsləri ilə birlikdə Seyidlikəndyeri İnzibati Ərazi
Dairəsinə daxil olan Aslanoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Aslanoba kəndi ilə yanaşı Seyidlikəndyeri, Xuray və
Aşağıoba kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad edib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Sakinlər suvarma suyu ilə təchizat, daxili yolların təmiri,
subsidyaların təyinatı və digər məsələlərlə bağlı müraciətlər
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.
Sonda Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.