...

Dekabrda şaxta gözlənilmir - Umayra Tağıyeva

Cəmiyyət Materials 2 Dekabr 2022 16:21 (UTC +04:00)
Dekabrda şaxta gözlənilmir - Umayra Tağıyeva
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabr ayının əvvəli hava daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq, şaxta gözlənilmir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, dekabrın 1-dən temperaturun iqlim normasında 2-3 dəfə aşağı enməsi müşahidə edilir.

"Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. Dekabrda şaxta gözlənilmir. Abşeronda yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti