...

Pedaqoji Universitetdə institusional akkreditasiya ilə bağlı müntəzəm təlimlər keçirilir (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2022 20:48 (UTC +04:00)
Pedaqoji Universitetdə institusional akkreditasiya ilə bağlı müntəzəm təlimlər keçirilir (FOTO)

Bakı. Trend:

2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) institusional akkreditasiya həyata keçiriləcək. Bununla bağlı universitetin Elmi Şurasında müzakirələr aparılıb və akkreditasiyaya hazırlıq üzrə təşkilat komissiyası yaradılıb.

Təşkilat komissiyası və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə razılaşmaya əsasən, komissiyanın üzvləri və müvafiq struktur rəhbərləri üçün akkreditasiyaya hazırlıq və universitetin özünütəhlil hesabatının hazırlanmasına dəstək məqsədi ilə müəyyən olunmuş qrafik üzrə Agentlik tərəfindən təlimlər həyata keçirilir.

Dekabrın 2-də keçirilən növbəti təlimdə TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov özünütəhlil hesabatlarının hazırlanması zamanı istifadə olunan əsas meyarlarla iş və qiymətləndirmə prosesi haqqında ətraflı təqdimat edərək proseslə bağlı sualları cavablandırıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Universitet institusional akkreditasiya prosesinə növbəti strateji hədəflərinə doğru irəliləmək yolunda vacib indiqator kimi baxır və bu göstərici Pedaqoji Universitetin tədqiqat univeristetinə çevrilməsi yolunda əhəmiyyətli mərhələ təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti