...

Azərbaycanda 46 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 2 Dekabr 2022 23:45 (UTC +04:00)
Azərbaycanda 46 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 189 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.

Ölkədə son sutka ərzində 1 566, hazırkı dövrədək isə 7 378 848 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti