...

Xırdalandan Bakıya yeni avtobus zolağı çəkiləcək

Cəmiyyət Materials 6 Dekabr 2022 12:02 (UTC +04:00)
Xırdalandan Bakıya yeni avtobus zolağı çəkiləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərindən Bakı istiqamətinə xüsusi avtobus zolağı çəkilə bilər.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, xüsusi avtobus zolağı əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb. Hazırda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub: “Xırdalan-Bakı arasında ictimai nəqliyyat əlaqəsinin qurulmasında Bakı-Xırdalan avtomobil yolu ən vacib dəhlizlərdən biridir. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq", - M.Ağayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti