...

DYP sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Cəmiyyət Materials 10 Dekabr 2022 10:01 (UTC +04:00)
DYP sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

İdarədən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda qeyd edilir ki, hazırda ölkə ərazisində yağışlı, dumanlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.

"Həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Bununla yanaşı, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, sifarişli çatdırılma xidməti göstərən şəxslərdən bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edirik", - DYP-nin müraciətində bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti