...

Əsas məqsədimiz korrupsiyanın kökünü kəsmək və lazımsız bürokratiyanı aradan qaldırmaq idi - Ülvi Mehdiyev (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2022 10:59 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əsas məqsədimiz korrupsiyanın kökünü kəsmək və lazımsız bürokratiyanı aradan qaldırmaq idi.

Trend-in məlumatına görə, bunu bu gün “Müasir İdarəetməyə gedən yol: Dayanıqlı və İnnovativ dövlət xidmətlərinə doğru” adlı beynəlxalq forumda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, ASAN praktikliyi, əlçatanlığı, effektivliyi və sadəliyi sayəsində populyarlıq qazanıb.

“Əsas məqsədimiz korrupsiyanın kökünü kəsmək və lazımsız bürokratiyanı aradan qaldırmaq idi. Öz təcrübələrimizi bir sıra ölkələrlə bölüşürük. İşimizin keyfiyyətini qiymətləndirdiyimiz xüsusi indeks hazırlamışıq ki, bu da bizə xidmətlərimizi təkmilləşdirmək imkanı verir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti