Bakı. Trend:
Dayanıqlı inkişafı təmin etmək üçün Azərbaycan ətraflı islahatlar həyata keçirir.
Trend-in məlumatına görə, bunu bu gün “Müasir İdarəetməyə gedən yol: Dayanıqlı və İnnovativ dövlət xidmətlərinə doğru” adlı beynəlxalq forumda panel sessiyası zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün çalışılıb.
“Əhalini genişmiqyaslı xidmətlərlə təmin etmək əsas məqsədlərimizdən biridir. Çalışırıq ki, vətəndaşlarımızın rahatlığını təmin etmək üçün xidmətləri əlçatan edirik”, - deyə o əlavə edib.