Bakı. Trend:
Azərbaycanda külli miqdarda saxta diplom verilib.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil
komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən
təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən
ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara
cavab verərkən deyib.
Nazir bildirib ki, bu gün o diplomların hansı yolla verildiyini müəyyən etmək üçün məlumat bazası yoxdur.
“Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim məqsədimiz ali məktəbləri yoxlamaq deyil”, - deyə o qeyd edib.