...

Ali təhsil müəssisələrində qadınların xeyrinə müsbət dinamika mövcuddur - Komitə

Cəmiyyət Materials 15 Dekabr 2022 16:56 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin gender göstəricilərində qadınların xeyrinə müsbət dinamika mövcuddur.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, ali təhsil müəssisələrində çalışanların 55,74%, orta ixtisas müəssisələrində 80,75%, peşə təhsili müəssisələrində 60,78% qadınlardır.

Davos İqtisadi Forumunun məlumatına əsasən, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35% qadınlardır. Azərbaycanda magistrlərin 54%-nin, fəlsəfə doktorlarının 51%-nin, elmlər doktorlarının 46%-nin və elmi tədqiqatçıların 56%-nin qadınlardan ibarət olduğunu nəzərə alsaq, Azərbaycanda bu göstərici 40% təşkil edir və orta dünya göstəricisindən yüksəkdir.

Xəbər lenti

Xəbər lenti