Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən Trend-ə verilən məlumata görə, dekabrın 20-si saat
17:30-a olan məlumata əsasən, Şuşa, Daşkəsən, Gədəbəy, Qax,
Altıağac, Quba, Qusar, Qusar, Xaltan, Qrızda qar; Ordubad, Göygöl,
Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Naftalan, Balakən, Oğuz,
Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Şabran,
Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan,
Kürdəmir, İmişli, Cəfərxan, Yardımlı, Lerik, Lənkəran, Astarada
yağış yağıb.
Şimal-qərb küləyi arabir Bakıda 32 m/s, Abşeron rayonunda 23-30
m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən
dalğanın hündürlüyü 4.7 metrə çatıb.
Küləkli hava şəraiti 21-i gecə saatlarından mülayimləşəcək, səhər
saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın
temperaturu ötən günlə müqayisədə aşağı enib, hal-hazırda Bakıda
4°-dək isti qeydə alınıb.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında
dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.