...

TƏBİB-dən Səhiyyə nazirliyinə keçən xəstəxanalarda icbari tibbi sığorta fəaliyyət göstərəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 22 Dekabr 2022 14:08 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək tibb müəssisələrində icbari tibbi sığorta fəaliyyət göstərəcək.

Bu barədə bu gün Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bununla bağlı məlumat yaxın günlərdə ictimaiyyətə çatdırılacaq.

Xatırladaq ki, 2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti