Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz rayon prokuroru Rəşad Məmmədovla birlikdə şəhid Kamil Şamil oğlu Məmmədovun ailəsini ziyarət edib.
Şəhid anası Validə Məmmədova ilə görüşən Elnur Rzayev ailənin
qayğıları ilə maraqlanıb, şəhidimizin keçdiyi döyüş yolu, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
xalqının qazandığı Qələbə və ölkəmizin beynəlxalq aləmdə
gündən-günə artan nüfuzu haqqında ətraflı söz açıb. Xaçmaz
rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və
qayğının bundan sonra daimi xarakter daşıyacağını diqqətə
çatdırıb.
Şəhidimizin anası onlara göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlığını ifadə edib.
Kamil Məmmədov "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif edilib.