...

Dövlət qurumları tıxac probleminin qarşısında aciz qalıb - Fazil Mustafa

Cəmiyyət Materials 30 Dekabr 2022 11:28 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda insanların əziyyət çəkdiyi tıxac problemi qarşısında dövlət qurumlarının aciz qaldığı görünür.

Trend-in məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, gün ərzində hər kəs 2-3 saat tıxaclarda qalır. “Bu isə iqtisadiyyatımıza ciddi zərbə vurur. Təklif edirəm ki, problemin həll olunması üçün şəffaf tender keçirək.

Malayziyadan, Monqolustandan yaxud digər bir ölkədən şirkət gəlib, problemin həlli ilə bağlı konkret layihə hazırlasın. Bu sahədə problemlər göz önündədir. Metrodan elə şəkillər paylaşılır ki, orada hərəkət etməyin mümkün olmadığı aydın görünür”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti