...

Sabah çovğun ehtimalı var - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 7 Yanvar 2023 16:35 (UTC +04:00)
Sabah çovğun ehtimalı var - XƏBƏRDARLIQ

Bakı. Trend:

Yanvarın 08-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, şimal-şərq küləyi 07-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq. Yollar buz bağlacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti