...

Ötən il Məşğulluq Agentliyi tərəfindən 63 əmək yarmarkası təşkil edilib

Cəmiyyət Materials 9 Yanvar 2023 16:26 (UTC +04:00)
Ötən il Məşğulluq Agentliyi tərəfindən 63 əmək yarmarkası təşkil edilib

Bakı. Trend:

Tədbirlərdə 550 müəssisə iştirak edib və 11 060 boş iş yeri təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi, mövcud vakansiyalarla tanışlıq və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə ötən il 63 əmək yarmarkası təşkil edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlərdə ümumilikdə 550 müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 11 060 boş iş yerləri təqdim edilib. Keçirilən yarmarkaların nəticəsi olaraq 390 nəfər təqdim edilən vakansiyalar üzrə iş ilə təmin edilib.

Qeyd edək ki, aktiv məşğulluq tədbirində öz kiçik biznesini qurmaq istəyən şəxslərə özünüməşğulluq proqramı, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərə isə peşə hazırlığı və Agentliyin digər istiqamətləri barədə məlumatlar verilir, müraciət edən şəxslərin qeydiyyatı aparılır.

Cari il üzrə də işəgötürənlərlə əməkdaşlıq çərçivəsində Respublika üzrə yarmarkaların təşkili və əhatəsinin genişləndirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti