...

Laçın rayonunda iki məktəbin əsaslı təmir işlərinə başlanılıb

Cəmiyyət Materials 12 Yanvar 2023 14:24 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Laçında 2 nömrəli, eyni zamanda Laçın–Zabux məktəbinin əsaslı təmir işlərinə başlanılıb.

Trend-in məlumatına görə bunu bu gün Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev “Təhsil masası”da çıxışı zamanı bildirib.

O qeyd edib ki, onların bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulub.

“Tərtərdə Suqovuşan kənd məktəbini əsaslı təmirdən sonra hazırlanıb. Məktəb istismara verilməyib, amma açılışa hazırdır.

Şuşa 1 nömrəli 960 yerlik məktəb və Ağdam şəhərində 1 nömrəli 960 yerlik məktəb tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir”,- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti