...

100-ə yaxın qum-çınqıl müəssisəsinin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 17 Yanvar 2023 11:23 (UTC +04:00)
100-ə yaxın qum-çınqıl müəssisəsinin fəaliyyəti dayandırılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində 134 qum-çınqıl yatağı mövcuddur. Bu yataqlar əsasən şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov jurnalistər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Agentliyin fəaliyyəti dövründə İmişli, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Lənkəran rayonları ərazisindən keçən çay yataqlarında 97 müəssisənin fəaliyyəti ləğv edilib.

Bunlardan 49-u Quba, 21-i İmişli, 9-u Tərtər rayonu ərazisindəki müəssisələrdir.

Ümumilikdə respublika üzrə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bunlardan 46-na Agentlik tərəfindən 2021-2022 ci illərdə hərrac vasitəsilə icazə sənədi verilib. Hərracda qalib olanlardan 10-u Quba və Qusar rayonları üzrə istismar işləri aparır.

Xəbər lenti

Xəbər lenti