Bakı. Trend:
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətə bildirir ki, Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb və aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.
Qeyd edilib ki, körpünün aşırımlarının bərpasının 10 fevral tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulub.
İdarə müvəqqəti narahatlığa görə İçərişəhərin sakinlərindən və qonaqlardan üzr istəyib.