...

Bu qaydanı pozan media orqanları cərimələnəcək

Cəmiyyət Materials 19 Yanvar 2023 10:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Loqotipini Audovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti