Bakı. Trend:
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının “Vestnik” jurnalı Azərbaycanda son illər aparılan sosial islahatlardan, bu islahatların uğurlarından bəhs edən məqalə dərc edib.
Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, məqalədə ölkəmizin sosial müdafiə sisteminin təkmilləşdirilməsi və gücləndirlməsi sahəsində atılan addımlar qeyd olunur. Həmçinin Azərbaycanla digər ölkələr arasında sosial sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yeni sənədlərin imzalanmasından, ölkəmizin pensiya sistemindəki innovativ yeniliklərdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qazandığı beynəlxalq mükafatlardan bəhs edilir.
Məqaləni oxumaq üçün linkə daxil olun: https://sosial.gov.az/uploads/files/2023/02/vestnik_mapsf_4041_2022.pdf