...

SOCAR hava şəraiti ilə bağlı dənizdəki obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

Cəmiyyət Materials 7 Fevral 2023 18:12 (UTC +04:00)
SOCAR hava şəraiti ilə bağlı dənizdəki obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün axşam saatlarından fevralın 10-u gündüz saatlarınadək hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Trend-ə SOCAR-dan bildirilib.

Qeyd edilib ki, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün günün ikinci yarısından başlayaraq fevralın 10-u gündüzədək Xəzər dəniz akvatoriyasında şimal-qərb-şimal küləyinin sürətinin 18-23 ms, arabir 25-28 ms-dək güclənəcəyini açıqlayıb. Proqnoza əsasən, külək fevralın 8-i gündüzdən 9-u gündüzədək açıq dənizdə arabir 30-35 ms qədər güclənəcək. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti