Bakı. Trend:
Qarabağda yenidənqurma işləri çərçivəsində regional məsələlərdə ciddi islahatlar aparılır. Bələdiyyələrin yeni strukturlara uyğunlaşdırılması məsələsi gələcəkdə müzakirəyə çıxarılacaq. Deputatların bələdiyyələrin gələcək fəaliyyəti ilə bağlı çoxsaylı təklifləri var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, ölkəmizdə bələdiyyələrin və üzvlərinin sayı çoxdur. “Azərbaycanda bələdiyyələrin qanunauyğun fəaliyyətinin qurulması, qanunun aliliyinin rəhbər tutulması və s. məsələlərə tam nəzarət həyata keçirilir”, - deyə o qeyd edib.