...

"Qardaş Köməyi" platforması çərçivəsində göndərilən yardımların həcmi açıqlanıb

Cəmiyyət Materials 17 Fevral 2023 21:33 (UTC +04:00)

Bakı. Trend:

Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən insanlara dəstək məqsədi ilə yaradılan "Qardaş Köməyi" platforması çərçivəsində göndərilən yardımların həcmi açıqlanıb.

Trend-in məlumatına görə, bu günə qədər yardımlar 104 yük maşını ilə və 4 təyyarə göndərilib.

Həmin yardımlar üzrə göstəriciləri təqdim edirik.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti