...

Xəstə xidmətləri şöbəsinin əməkdaşlarına “Personalın motivasiyası” mövzusunda təlim keçirilib

Cəmiyyət Materials 20 Fevral 2023 12:46 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova “Personalın motivasiyası” mövzusunda təlim keçirib. Təlimdə Hospitalının Xəstə xidmətləri şöbəsinin əməkdaşları iştirak ediblər. Şöbə rəisi Gülşən İmanova tibb müəssisələrinin işinin səmərəliliyinin burada icra edilən bütün proseslər arasında qurulmuş qarşılıqlı əlaqəyə əsaslandığını deyərək, pasiyentlərə xidmətin göstərilməsində personalın mühüm rolundan danışıb. İş mühiti, işçilərin motivasiyası hər bir müəssisənin məhsuldarlığında, uğurlarında çox ciddi rola malikdir.

Eyni zamanda, Gülşən İmanova işçi heyətini motivasiyasında istifadə edilən müxtəlif metodlar barədə ətraflı məlumat verib. Bu metodlara ixtisasartırma kursları, təcrübə mübadiləsi proqramları, usta dərsləri, işçi heyət arasında təşkil olunan müsabiqələr, iş və istirahət üçün əlverişli şəraitin yaradılması aiddir. Təlimin sonunda Gülşən İmanova təlim iştirakçılarının suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti