...

Hazırda Türkiyədə ancaq Azərbaycan və Flippindən gələn axtarış-xilasetmə qrupları fəaliyyətlərini davam etdirirlər - Çavuşoğlu

Cəmiyyət Materials 26 Fevral 2023 18:55 (UTC +04:00)

Bakı. Trend:

Hazırda zəlzələ ilə əlaqədar Türkiyədə ancaq Azərbaycan və Flippindən gələn axtarış-xilasetmə qrupları fəaliyyətlərini davam etdirirlər.

Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, 90 ölkədən 11 500-ə yaxın axtarış-xilasetmə heyəti gəlmişdi.

"İki ölkənin daha - Gürcüstan və Özbəkistanın heyətləri işlərini tamamladıqları üçün geri qayıdıblar. Hazırda ancaq Azərbaycan və Flippindən 700 nəfərlik heyət axtarış-xilasetmə işləri görür", - deyə nazir bildirib.

M.Çavuşoğlu qeyd edib ki, 27 ölkədən 30 səhra xəstəxanası göndərilmişdi: "Bunlardan bəziləri axtarış-xilasetmə heyəti ilə birgə gəlmişdi. Hazırda 10-u geri qayıdıb, 20-si fəaliyyətini davam etdirir".

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti