...

Prokurorluq Ağdamda minaya düşənlərlə bağlı məlumat yaydı

Cəmiyyət Materials 16 Mart 2023 14:47 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluq Ağdamda mina partlayışı nəticəsində həlak olanlarla bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Ağdam rayonunun Səfərli qəsəbə sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.

Həmçinin, bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla üumumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti