Bakı. Trend:
SOCAR hava şəraitinin dəyişəcəyi ilə bağlı proqnozlara əsasən dənizdə işləri məhdudlaşdırıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
İstehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 01-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir.