...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 2 Aprel 2023 17:29 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 448 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 41, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti