...

Bakının bu rayonlarında istilik haqlarının ödəniş səviyyəsi aşağıdır - SİYAHI

Cəmiyyət Materials 14 Aprel 2023 11:24 (UTC +04:00)
Bakının bu rayonlarında istilik haqlarının ödəniş səviyyəsi aşağıdır - SİYAHI
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il üzrə istilik haqlarının ödəniş səviyyəsi 94,7 faiz təşkil edib.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Qeyd edilib ki, noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65,2 % təşkil etmişdir.

Təəssüf ki, bəzi yaşayış binalarında ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb.

Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9 – 27,7%,
Yasamal rayonu, Parlament pr.4 – 26 %,
Yasamal rayonu, Parlament pr.6 – 19%,
Yasamal rayonu, Mirzəfətəli küçəsi 152 – 25,5%,
Yasamal rayonu, M.Xiyabani 8A – 15%
Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 6 – 24,0%,
Nərimanov rayonu, F.Xoyski küçəsi 110- 27,3%
Xətai rayonu, M. Hadi küçəsi 23 saylı bina – 27,51%
Xətai rayonu, R. Məmmədov küçəsi 26 saylı bina – 17,1 %
Binəqədi rayonu Azadlıq prospekti 32/96 saylı bina – 13,4%
Suraxanı rayonu, Hafiz Quliyev küçəsi 22 saylı bina – 14%
Suraxanı rayonu, Zaur Şərifov küçəsi 24 saylı bina – 17,4%
Səbail rayonu, S. İbrahimxəlilov küçəsi 4a saylı bina – 23%

Əsas çətinliklərdən biri keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik haqlarının ödənişi ilə bağlıdır. Görülən işlər nəticəsində son mövsüm ərzində keçmiş qaçqın və məcburi köçkünlərin ödəniş dinamikasında müsbət tendensiya qeydə (52,9%) alınmasına baxmayaraq əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6652,4 min manat ödənilməmiş borc məbləği mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti