...

Xəzər rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2023 15:14 (UTC +04:00)

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətnin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Aydın Hüseynov və Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak edib.

Şağan Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. Eyni zamanda Heydər Əliyevin Xəzər rayonuna göstərdiyi diqqət və qaygıdan söz açan E.Salahov, çıxışını Ulu öndər Heydər Əliyevin məhşur bir kəlamı ilə bitirdi: "Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır.”

Ulu öndər Heydər Əliyevin siyasi kursundan söz açan YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu və ölkəmizin son onilliklər ərzində qazandığı uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğuladı.

Ümummilli liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərdən söz açan Milli Məclisin deputatları Aydın Hüseynov və Soltan Məmmədov Heydər Əliyevin dünya siyasətçiləri arasında malik olduğu nüfuzundan və respublikanın beynəlxalq aləmdə qəbul olunması üçün etdiklərindən danışıblar.

Tədbirdə çıxış edən digər natiqlər Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və qayğısından, eyni zamanda gənclərə olan etimadından və gənclərin onlara olan bu etimadı doğrultduqlarını vurğulayıblar.

Mövzu əsasında fikirlərini bölüşən qonaqlar istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti