...

İrəvanda qızıl medal qazanan türkiyəli atlet: Qələbəni azərbaycanlı qardaşlarıma həsr edirəm (VİDEO)

Cəmiyyət Materials 15 Aprel 2023 22:06 (UTC +04:00)

Bakı. Trend:

“Çox xoşbəxtik…Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”.

Trend xəbər verir ki, bunları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş deyib.

“Onlara (azərbaycanlı həmkarlarıma) salam olsun. Sizi çox sevirik, yanınızdayıq”, - Avropa çempionatının qızıl medalçısı deyib.

Qeyd edək ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.

İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.

Bundan sonra azərbaycanlı idmançıların yarışdan imtina edərək, ölkəyə qayıtması barədə qərar verilib.

Baş Prokurorluqda Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti