...

Ərzaq israf etmədən yaşamaq üçün nələrə diqqət etməliyik?

Cəmiyyət Materials 17 Aprel 2023 16:33 (UTC +04:00)
Ərzaq israf etmədən yaşamaq üçün nələrə diqqət etməliyik?

Bakı. Trend:

Hər bir insan fərdi tədbirlər görməklə və özündə yeni vərdişlər formalaşdırmaqla, ərzaq tullantılarının miqdarını azalda və ərzaq təhlükəsizliyinin qorunmasına töhfə verə bilər.

Bu barədə AQTA-dan Trend-ə verilən məlumata görə, məsələn, 1 həftə ərzində israf olunan ərzağın miqdarını və bunun səbəblərini qiymətləndirməkdən ötrü qida tullantıları barədə gündəlik yazılı qeydlər aparmaq olar.

Belə ki, gündəlikdə səhər yeməyi, nahar, şam və qəlyanaltılar zamanı istifadə olunan ərzaqlar, onların miqdarı, utilizasiya edilməsi, ərzağın müəyyən hissəsindən istifadə olunmamasının səbəbləri və çəkilən xərclər qeyd edilir. Həftə bitəndən və gündəlik tamamlanandan sonra isə nəticələr nəzərdən keçirilir. İlk növbədə ərzaqların harada və nə zaman israf olunduğu müəyyənləşdirilir ki, bununla da maliyyə itkiləri hesablanır. Sonra ərzaqların israf edilməsinin səbəblərinə nəzər yetirilir. Bu, gələcəkdə israfa yol verilməməsinə kömək edə bilər.

Eyni zamanda mağazada qənaətlə alış-veriş etmək üsulları, evdə ərzaqla bağlı yerinə yetirilməsi vacib sayılan məsələlər və ərzaqların düzgün saxlanması ərzaq israfına yol verilməməsinin vacib məqamlarındandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti