...

12 mart tarixli buraxılış imtahanın nəticələri yaxın vaxtlarda elan olunacaq - DİM

Cəmiyyət Materials 19 Aprel 2023 10:10 (UTC +04:00)
12 mart tarixli buraxılış imtahanın nəticələri yaxın vaxtlarda elan olunacaq - DİM
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 12-də keçirilən imtahanların nəticələri yaxın vaxtlarda elan olunacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, nəticələr emal prosesi başa çatan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti