Bolqarıstan gimnastı Bakıda qızıl medal qazanıb

Cəmiyyət Xəbər 23 Aprel 2023 13:29 (UTC +04:00)
Bolqarıstan gimnastı Bakıda qızıl medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında halqa ilə hərəkətlərdə Bolqarıstan təmsilçisi Stiliana Nikolova qızıl medal qazanıb.

Trend xəbər verir ki, idmançının çıxışı 34,650 xalla qiymətləndirilib.

İtaliyalı Sofia Raffaeli (34,400) ikinci, Bolqarıstanın digər gimnastı Eva Brezalieva (33,550 xal) isə üçüncü pillədə qərarlaşıblar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti