...

Bakı Ali Neft Məktəbində “SABAH.academy” proqramının məzunlarına sertifikatlar təqdim edilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2023 10:07 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində “SABAH.academy” proqramının məzunlarına sertifikatlar təqdim edilib (FOTO)

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “SABAH.academy” proqramını tamamlamış tələbələrinə sertifikatlar təqdim edilib. Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. Rektor bildirib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılmış “SABAH.academy” sahibkarlıq mədəniyyətinin gənclər arasında formalaşdırılmasına xidmət edən layihədir. Təlimlərin tələbələrin innovativ düşüncələrinin inkişafına töhfə verəcəyinə inandığını qeyd edən Elmar Qasımov bir neçə modulun da kurslara daxil edilməsini tövsiyə edib.

14 həftə davam edən təlimləri uğurla bitirən BANM-in 38 tələbəsi sertifikata layiq görülüb. Kurs müddətində onlar mühazirələr, seminarlar, müzakirələr, qrup işi və fərdi tədqiqatlar vasitəsilə bilik və bacarıqlarını artırıblar.

Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov qeyd edib ki, müasir dövrdə tələbələrin hədəfi yalnız diplom alıb, iş tapmaq və işləmək deyil, həm də məzun olduqdan sonra innovativ iş qurmaq və sahibkarlıqla məşğul olmaqdır.

“Sabah.academy”nin icraçı direktoru Fərhad Paşayev kursun məzunu olan tələbələr arasından uğurlu sahibkarlar yetişəcəyinə inandığını bildirib.

Sonda tələbələrə sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti